Azərbaycan Prezidenti İlham Əliyev Şəki rayonunun ərazisində Kiş çayı üzərində körpünün bərpası haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamda deyilir:

"1. Yeddi min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinə 4,0 (dörd) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.