Avqustun 17-dən 18-nə keçən gecə Türkiyənin İstanbul şəhərində silahlı hücuma məruz qalan, dünən isə xəstəxanada dünyasını dəyişən tanınmış qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev hadisə baş verəndən dərhal sonra İstanbula getmişdi.

Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, N. Canıyev qardaşının cənazəsi ilə bərabər ölkəyə qayıtmışdı. Bu gün isə əməkdaşlarımız dəfn mərasimində onun fotolarını lentə ala biliblər.

Qeyd edək ki, N. Canıyev gömrük sahəsində vəzifə sahibidir, polkovnikdir.