Azərbaycanda Vaqif adlı bir uşaq var. Bir dəqiqəyə 20 min söz oxuyur. Bir kitabı isə 3-4 dəqiqəyə bitirir.

Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, Vaqif kitabda yazılanları nəql etsə də, bütün cümlələri oxuyub-oxumadığını dəqiqləşdirmək qərarına gəldik. 13 yaşlı Vaqifin özü ilə gətirdiyi kitabları əvvəlcədən oxuduğunu zənn edib, biz ona kitab verdik. Uşaq ədəbiyyatından 353 səhifəlik "Qulliverin səyahəti" əsərini oxumağı tapşırdıq.

Mütaliəçi iddia edir ki, bir dəqiqə ərzində 20 min söz oxuyur. Nəzərə alsaq ki, bir səhifədə orta hesabla 300-ə yaxın söz var, deməli, Vaqif 66 səhifəni bir dəqiqə ərzində oxumalıdır. O isə bu vaxt ərzində 100 səhifə oxudu.

Vaqifin ailəsi artıq Ginnesin Rekordlar kitabına müraciət edib.