Qətlə yetirilməmişdən 15 gün əvvəl Türkiyə polisi Rövşən Lənkəranskini saxlayıb. Amma "qanuni oğru polisdə çox qalmayıb.
Bu barədə Unikal.org "Yeni Müsavata istinadən xəbər verir.
Lənkəranskinin sərbəst buraxılması üçün Türkiyənin tanınmış iş adamı, xeyriyyəçi və yeraltı dünyasının ən ünlü isimlərindən olan Sedat Pekər işə qarışıb. Milliyyətçi cameədə də yaxşı tanınan S. Pekər "Lənkəranskinin azad olunmasına nail olub. S. Pekəri Türkiyə mediası "yeraltı dünyanın sahiblərindən biri, "mafiya babası" kimi təqdim edir. Sedat Peker 2007-ci ildə İstanbul 9-cu Ağır Cəza Məhkəməsinin hökmü ilə mafiya çetesi qurmaq kimi ittihamlarda suçlanaraq 14 il həbs cəzası alıb. Sonradan onun adı "Ergenekon məhkəməsində ittihamlarda da yer alıb. Ona da bu işlə bağlı 1 il 3 ay həbs cəzası verilmişdi. 2013-cü ildə cəzasının bitməsinə 4 il qalmış isə azadlığa buraxılıb.