Dönərxanalarda verilən ayranlar təhlükəlidir
12:51 13-06-2012
CƏMİYYƏT
Dönərxanalarda verilən ayranlar təhlükəlidir
Onların tərkibində insan orqanizmini xəstə edəcək mikrobların olacağı istisna edilmir
Bakıda fəaliyyət göstərən dönərxanaların əksəriyyətində yayla əlaqədar olaraq müştərilərə ayran da təklif olunur. Havanın istisindən hərarətini aşağı salmaq üçün yaxşı vasitə olduğunu düşünən müştəri isə içdiyi ayranın onun həyatı üçün təhlükə yaradacağının fərqinə varmır. Çünki onun hansı şəraitdə və necə hazırlandığını görməyib.
Lakin vəziyyət belədir ki, sözügedən iaşə obyektlərində müştərilərə təklif olunan ayranların bir qismi adi qaydada hazırlanır. Digər bir qismi isə süd məhsulları istehsal edən şirkətlərə məxsusdur. Əvvəlcə əllə hazırlanan ayranlar barəsində qeyd edək. Bildirək ki, əldə hazırlanmış ayranların hazırlanma qaydası xüsusi gigeynik ortam tələb edir. Belə ki, bunun üçün bağlı yerlə yanaşı, həm də istifadə olunan su və qatığın tərkibində mikrobların olmamasını və ya kənardan ora mikrob düşə biləcəyini önləmək lazımdır. Mütəxəssislər deyirlər ki, hazırkı məqamda dönərxanalarda əllə hazırlanan ayranların tərkibini ciddi şəkildə araşdırmağa ehtiyac var. Onların qənaətinə görə, belə içkilərdə mikrobun ola bilmə ehtimalı böyükdür. Hətta bu bağırsaq çöpləri əmələ gətirərək, insanın səhhətini təhlükə altına sala bilər.
Espertlər vurğulayırlar ki, bir çox hallarda dönərxanalarda ayranın hazırlanma ortamı da bərbad halda olub. Əlcəksiz, gigeyena qaydalarının qorunmadığı, sanitariya şərtlərinin icazə vermədiyi şəraitdə hazırlanan həmin içki növü orqanizmə düşdükdə fəsadları ilə müşahidə olunur. Onlar hətta deyirlər ki, bu vəziyyətdə insanda brüsselyoz kimi xəstəliyin əmələ gəlməsi də mümkündür.
Amma təhlükə mənbəyi təkcə əllə hazırlanan ayranlara aid deyil. Həmçinin yerli süd məhsulları istehsal edən şirkətlərin mallarının da tərkibi sabit hesab olunmur. Bu barədə əməkdaşımızla söhbət edən mütəxəssislərdən biri deyir ki, hal hazırda Azərbaycanda bir neçə iri süd və süd məhsulları istehsal edən şirkətlər var. Onların fikrincə, üzdə təmiz məhsul istehsal olunduğu görüntüsü yaransa da, arxa planda onların bəzilərinin heç də qaydalara əməl etmirlər.
Ekspertlərin qənaətinə görə, bəzi hallarda həmin şirkətlərin istehsal etdiyi ayranların adi sudan fərqlənmdiyi ilə çox rastlaşıblar. Onların dediyinə görə, bu yaxınlarda məşhur şirkətlərdən birinin dükanlara satış üçün verdiyi məhsulların böyük bir qisminin keyfiyyətsiz olduğu aşkarlanmışdı. "Həmin məhsullar ayrandan daha çox, su şəklində idi. Eyni zamanda, onların arasında doğru şəraitdə saxlanılmadığı üçün qıcqıranları da var. Aşağı keyfiyyətli, insan orqanizmi üçün təhlükə yarada bilən bu məhsullar satışdan yığışdırılsa da, belə halların davamlı olaraq baş verdiyini inkar da etmək mümkün deyil".
Müşahidəçilər onu da bildirirlər ki, bəzi şirkətlər zay məhsul istehsal etdikləri halda onları geri almaqdan imtina edirlər. Onlar bu şirkətləri yaxşı tanısalar da, adlarını çəkməyiblər. Və bunu belə əsaslandırıblar ki, hələlik bununla bağlı ciddi araşdırmalar aparırlar və məsələ ilə bağlı geniş açıqlama verəcəklər. Hazırda isə vəziyyət belədir ki, süd istehsalçıları məhsullarını dükanlara təhvil verdikdən sonra məsuliyyətdən yayınmaq üçün onları geri almaqdan imtina edirlər. Bunun yolverilməz olduğunu və müvafiq qurumların məsələ barəsində ölçü götürmələrini zəruri hesab edən ekspertlər vurğulayırlar ki, təcili tədbirlər görülməzsə, ortada ciddi sıxıntılar yarana bilər.
Beləliklə, vətəndaşlarımız yayın istitisində sərinləşə bilmək üçün dönərxanalarda qəbul etdikləri ayranlar məsələsində diqqətli olmalıdırlar. Əks təqdirdə, onların həyatları üçün ciddi təhlükələrin yaşana biləcəyi istisna deyil. Eyni zamanda, müvafiq dövlət qurumları da bununla bağlı təcili tədbirlər görməli və zəruri addımlar atmalıdırlar.
Mehdi
Digər Xəbərlər
2024-12-25 14:22:23
2024-12-25 14:22:00
2024-12-25 14:20:39
2024-12-25 13:52:53
2024-12-25 13:47:48
2024-12-25 13:37:39
2024-12-25 13:18:58
2024-12-25 13:17:41
2024-12-25 13:04:06
2024-12-25 13:00:57
2024-12-25 12:57:55
2024-12-25 12:50:14
2024-12-25 12:45:56
2024-12-25 12:45:00
2024-12-25 12:44:00
2024-12-25 12:30:42
2024-12-25 12:30:00
2024-12-25 12:29:47