Avqustun 21-də "Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına 65 kiloqram çəki dərəcəsində idmançımız Toğrul Əsgərov Olimpiadanın son günündə mükafat uğrunda yarışa qoşulub.

Unikal.org xəbər verir ki, Toğrul Əsgərov səkkizdəbir finalda ukraynalı Andrey Kvyatovsk üzərində 12-2 hesabı ilə təmiz qələbə qazanıb.

***

Avqustun 21-də "Rio-2016 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına 65 kiloqram çəki dərəcəsində idmançımız Toğrul Əsgərov Olimpiadanın son günündə mükafat uğrunda yarışa qoşulub.

Toğrul Əsgərov səkkizdəbir finalda ukraynalı Andrey Kvyatovsk üzərində 12-2 hesabı ilə təmiz qələbə qazanıb.

***
Toğrul Əsgərov yarımfinalda italiyalı Frank Markez Kazimoya 7-4 hesabı ilə qalib gələrək finala yüksəlib.

*** 

Rioda keçirilən Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov final görüşünə çıxıb.

65 kq. çəki dərəcəsində çıxış edən olimpiya çempionunun rəqibi rusiyalı sərbəst güləşçi Soslan Ramonov olub.

Toğrul eləilk hissədə rəqibinə 0:11 hesabı ilə məğlub olaraq XXXI Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.