Kürdlərin PKK terror təşkilatının Suriyadakı bölməsi olan PYD ölkənin şimal-şərqindəki Haseke şəhərinin şimal və qərb səmtlərində üç bölgəni ələ keçirib.

Unikal.org Milli.Az-a istinadən bildirir ki, kürdlər hazırda Hasekenin şimalındakı Güveyran, qərbindəki Nişva və Zuhura tam nəzarət edirlər.
PYD Suriya prezidenti Bəşər Əsədə sadiq qoşunlara tanklar və artilleriya vasitəsilə hücuma keçmişdi.