Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsini müzakirə etmək üçün Ankaraya gələn amerikalı heyətlə 17 saatlıq müzakirələr aparılıb.
Unikal.org publika.az-a istinadən bildirir ki, müzakirələrin nəticələri müsbət olub.
ABŞ Dövlət Departamenti və Ədliyyə Nazirliyinin əməkdaşlarından ibarət 4 nəfərlik heyətə Türkiyənin əlindəki bütün sənədlər təqdim edilib.
Heyət xüsusilə iki sənəd üzərinə dayanıb. Amerikalı heyət İstanbul və Ankara baş prokurorluqlarının Gülənin 15 iyul hərbi çevriliş cəhdində iştirakı ilə bağlı hazırladıqları ittihamları ekstradisiya üçün yetərli hesab edib.
Amerikalı heyət Ankarada onlara verilən sənədləri ABŞ Ədliyyə Nazirliyinə təqdim edəcək. Bundan sonra Türkiyədən texniki səviyyədə bir heyətin ABŞ-a səfəri planlaşdırılır. Son mərhələdə isə ədliyyə naziri Bəkir Bozdağ və xarici işlər naziri Mövlud Çavuşoğlu Gülənin ekstradisiya məsələsini müzakirə etmək üçün ABŞ-a gedəcəklər.