Vitse-spikerdən Elmira Axundovaya sərt cavab
12:55 13-06-2012
CƏMİYYƏT
Vitse-spikerdən Elmira Axundovaya sərt cavab
Ziyafət Əsgərov: "Başa düşmürsünüzsə, kitab oxuyun"
Dünən Milli Məclisin növbədənkənar iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Millət vəkili Elmira Axundova çıxışında bundan əvvəl qəbul edilmiş "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişikliklər edilməsi barədə danışmaq istəyib, suallarının olduğunu söyləyib.
Vitse-spiker Ziyafət Əsgərov isə qəbul edilmiş qanunla bağlı başqa bir qanun layihəsi müzakirə edilərkən çıxış etməyi düzgün saymayıb. Elmira Axundova isə yenə də "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanuna toxunub və bir sıra məsələləri başa düşmədiyini bildirib.
Ziyafət Əsgərovun cavabı bu dəfə sərt olub: "Sabah da mətbuat yazacaq ki, 15 ilin deputatı hələ bilmir, nə müzakirəyə qoyulub, nə qəbul edilib. Qanun layihəsini təklif edənlər deputatlardır, başa düşmürsünüzsə, kitab, ensiklopediya oxuyun".
Vitse-spiker Valeh Ələsgərov da Elmira Axundova irad tutub: "Nəyisə başa düşmürsünüzsə, komitə sədri, mən, Ziyafət müəllim, ekspert var, əvvəlcə yaxınlaşıb soruşun. Hər kiçik məsələni şişirtməyin!".
Digər Xəbərlər
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06
2024-12-25 16:49:00
2024-12-25 16:45:22
2024-12-25 16:44:42
2024-12-25 16:31:18