Alış-veriş etmək üçün ödəniş kartına artıq ehtiyac olmayacaq.

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, Yaponiyanın "Sumitomo Mitsui Financial Group ("SMFG) adlı maliyyə qrupu alış-verişin ödənişi üçün sifətin tanınması texnologiyasını sınaqdan keçirməyi planlaşdırır.

2017-ci ilə planlaşdırılan sınaqlarda yapon şirkətinin pərakəndə partnyorları iştirak edəcək. Müştərinin sifətinin biometriyası qeydiyyat məlumatlarına bağlanacaq. Beləliklə, plastik kartdan istifadə etmədən alış-verişin haqqını ödəmək mümkün olacaq.

Bundan başqa, Yaponiyada alış-verişin ödənişi üçün barmaq izinin skan edilməsi texnologiyasını tətbiq etməyi düşünürlər. Bu layihə turistlərə barmaq izinin köməyi ilə 300 ticarət nöqtəsində alış-verişin haqqını ödəməyə imkan verəcək.