ATƏT sədri cəbhə xəttində baş verənlərə münasibət bildirdi
ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor Dağlıq Qarabağ münaqişəsinin bütün iştirakçılarını güc tətbiqindən və güc tətbiq etməklə hədələməkdən vaz keçməyə çağırıb.
E.Gilmor Ermənistan xaric işlər naziri Edvard Nalbandyanla görüşdən sonra verdiyi açıqlamada təmas xəttində son günlər baş verən hadisələri qəti şəkildə pisləyib: "Bu münaqişə güc yolu ilə həll olunmayacaq. Zorakılıq dayandırılmalıdır. Bu mesajımı Azərbaycanda da səsləndirəcəyəm. Qarşılıqlı etimad yaradılmasının vaxtı çatıb, bunun üçün bütün tərəflərin iradəsi və sülh öhdəliyi tələb olunur".
Fəaliyyətdə olan sədr Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərinə dəstəyini ifadə edib: "ATƏT ölkələr və xalqlar arasındakı ayrılıqları aradan qaldırmağa kömək edə bilər. Biz dialoq üçün forumun təmin edilməsində, atəşkəs rejiminin möhkəmləndirilməsi və danışıqlar yolu il həll yolunun tapılmasında tərəflərə dəstək verə bilərik".
E. Gilmor tərəflər arasında etimadın artırılması tədbirlərinin görülməsi, snayperlərin təmas xəttindən geri çəkilməsi və təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizminin yaradılmasının vacibliyini vurğulayıb.
XƏBƏR LENTİ
23:03
Türkiyədə zəlzələ oldu
23:03
23:01
22:51
22:39
22:38
Ermənistan MSK-da istefa
22:38
22:12
Ərdoğan Qətərə getdi
22:12
22:00
21:55
21:20
21:08
21:06
21:00
20:40
20:25
20:09
19:49
19:24
18:39
Yeni işi bəlli oldu
18:39
18:29
18:09
18:05
17:37
17:36
17:24
17:17
17:14
Daha çox yüklə















.jpg)



.jpg)
.jpg)


















_1779806048.jpeg)



.jpg)










