Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, şəhərin Babək küçəsində "VAZ" markalı, 50 DB 057 dövlət qeydiyyat nişanlı minik avtomobili 45 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.

Hadisə vaxtı avtomobildə olan iki qadın isə yaralanıb.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.