Moskvada saxlanılan erməni bloger Arsen Markaryan avtomobilin baqaj hissəsində gizlənərək qaçmağa çalışıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Yol polisi əməkdaşları şübhəli avtomobili saxlayaraq baxış keçiriblər. Bu zaman bloger maşının yük yerində tapılıb.
Mənbələr bildiriblər ki, Markaryan yaxın dostunun sürdüyü maşınla Belarusa gedərkən Kubinka şəhəri yaxınlığındakı Mojaysk şossesində yol polisi müfəttişləri tərəfindən saxlanılıb.
Markaryan artıq İstintaq Komitəsinin Moskvadakı şöbəsinə təhvil verilib.
***19:10
Erməni bloger Arsen Markaryan Rusiyada saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Markaryanın Moskva vilayətində müstəntiqlərlə polisin birgə işi nəticəsində saxlanılıb. O, yaxın vaxtlarda dindirilmək üçün istintaq şöbəsinə aparılacaq.
O, Moskva vilayətinin Kubinka şəhərində saxlanılıb.
Rusiya İstintaq Komitəsi aydınlaşdırıb ki, bloger Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi ilə vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə şübhəli bilinir. Faktla bağlı cinayət işi açılıb.
Ağarza Elçinoğlu