Bu gün Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasının 7 ili tamam olur.

Modern.az Azərbaycanın hazırki onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.

Fərqli təqdimatları, özünəməxsus layihələri, müsahibə və araşdırmaları ilə populyarlıq qazanmış portal həm də gündəlik və operativ xəbər istehsalı ilə məşğuldur.

Hər gün on minlərlə oxucunun ziyarət etdiyi xəbər agentliyinin təsisçisi və baş direktoru Elşad Eyvazlı, baş redaktoru Əfqan Qafarlıdır.

E.Eyvazlı bildirib ki, fəaliyyətdə olduqları 7 il müddətində inanılan və etibarlı KİV olmağa çalışıblar. Eyni zamanda oxucu zövqünü korlayacaq ucuz və bayağı yazılar, yanlış məlumatlar, sifarişli materiallar dərc etməyiblər:

"Məhz bunun nəticəsi olaraq Modern.az bu gün on minlərlə oxucunun inanıb, etibar etdiyi media quruluşları sırasında yer tutur.

Unikal.org saytının kollektivi həmkarlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.