"Həyat sevdiklərimizlə gözəldir. Ailəmdən, övladlarımdan uzaq qalarkən həyat mənim üçün zülmətə bürünür".

Unikal.org axşam.az-a istinadən məlumatına görə, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı bildirib.

"Səni axtarıram" verilişinin çəkilişləri ilə əlaqədar xaricdə olan aparıcı ailəsi üçün darıxdığını deyib:

"Yorğun iş günündən sonra hüzurlu, xoşbəxt olacağım yer kaş bura ola bilərdi. Gözəl ailəm, yaxınlarım, övladlarım olmayan heç bir məkan mənə hüzur verə bilməz. Yaxınlarınızı qoruyun, sevin.

Kimsənin qəlbini qırmayın, sizi incidənləri Allaha həvalə edin. Qəlbinizdəki kini silib atın. Sizə pislik edənlərə isə yaxşılıq edin. Allah görən və biləndir".

Qeyd edək ki, X.Hidayətqızı yeni mövsümdən "Xəzər" telekanalında efirə çıxacaq.
Xoşqədəm: "Həyat zülmətə bürünüb" - FOTO
Xoşqədəm: "Həyat zülmətə bürünüb" - FOTO
Xoşqədəm: "Həyat zülmətə bürünüb" - FOTO
Xoşqədəm: "Həyat zülmətə bürünüb" - FOTO