Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün ikinci turun oyunları keçirilib. Unikal.org-un Apasport.az-a istinadən verdiyi xəbərə görə, kişilərdən ibarət əsas millimiz Makedoniya ilə qarşılaşıb. Görüş yığmamızın təmiz qələbəsi ilə başa çatıb - 0:4
İkinci yığmamız isə Litvaya cəmi yarım xal verib - 0.5:3.5. Kişilərdən ibarət üçüncü komandamız Belarusa məğlub olub - 0.5:3.5
Favoritlərdən Rusiya Türkmənistanı - 4:0, ABŞ Şotlandiyanı - 3.5:0.5, Çin Belçikanı - 3.5:0.5, Ukrayna isə Albaniyanı - 3.5:0.5 məğlub edib.
Qadınlardan ibarət əsas millimizin rəqibi Meksika olub. Zəirflərimiz çətin də olsa, qalib gələ biliblər - 2.5:1.5. İkinci komandamız da Monqolustanı eyni hesabla yenib - 2.5:1.5. Üçüncü yığmamız isə Türkiyə qarşısında məğlubiyyətlə barışmalı olub - 1.5:2.5.
Favoritlərdən Çin Monteneqronu - 4:0, Ukrayna Moldovanı - 3.5:0.5, Rusiya Ekvadoru - 4:0, Hindistan isə Braziliyanı - 3:1 məğlub edib.