Gürcüstanın hakim "Gürcüstan arzusu partiyasının qeyri-rəsmi lideri, milyarder Bidzina İvanişvili Gürcüstan prezidenti Georgi Marqvelaşvilini özünün ən böyük səhvi adlandırıb.
Unikal.org xəbər verir ki, apa-nın "newsgeorgia.ge saytına istinadən verdiyi məlumata görə, bu barədə o, Zuqdididə media nümayəndələri ilə görüşdə deyib.
O bu səhvinə görə ictimaiyyət qarşısında üzr istəməli olduğunu bildirib:
"Georgi Marqvelaşvili siyasətə gəldiyim gündən bəri buraxdığım ən böyük səhvimdir. Mən hələ elə bir insan görməmişəm ki, bu yaşında diametrik olaraq xarakterini dəyişsin. O, hələ özünü tapa bilməyən yeniyetmə kimidir. Mən bu problemi nəzərə almamışdım. Marqvelaşvili bir dəfə bildirdi ki, prezident sarayına ona görə girib ki, mənimlə əks tərəfdədir. Əslində isə o özü ilə əks mövqedədir. Hakimiyyətə gəlməzdən öncə bir Marqvelaşvili var idi, gəldikdən sonra isə dəyişdi.