Bir neçə qadınla münsaibət yaşayan və hamilə qaldıqlarında onları tərk edən ingilisi aktyor Cud Lou peşman olduğunu bildirib. 

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, hazırda psixoloq sevgilisi Filipa Koanla birlikdə olan 43 yaşlı aktyor, keçmiş sevgililərini incitdiyi üçün təəssüf hissi keçirdiyini söyləyib:

"Etdiyim qorxunc şeylərə görə ağır əzablar çəkiblər. Peşmanlıq qəribə hissdir. Ürəyim ağrıyır. Artıq dərs almışam. Nə qədər rəzil və axmaq olduğumu başa düşdüm. Bunun qarşılığını ödəməliyəm.

Qeyd edək ki, aktyor ötən il 24 yaşlı irlandiyalı müğənni Ket Kavellini hamilə halda tərk etmişdi.

Eyni hərəkəti 2009-cu ildə amerikalı model Samanta Burka da edib. Cud Lounun 1997-2003-cü illərdə Sedi Frostla evliliyindən isə 3 uşağı var.

Onun ən qalmaqallı münasibəti isə 2004-cü ildə aktrisa Sienna Millerla olub. Toya hazırlaşan cütlük anidən ayrılıb. Səbəb isə Lounun Milleri onun uşaqlarının dayəsi ilə aldatması olub.