Albaniyanın paytaxtı Tirananın yaxınlığındakı restoranlardan birində iki ildən bəri dəmir qəfəsdə saxlanan Tomi adlı qonur ayı azadlığa buraxılıb.
Unikal.org Milli.Az-a istinadən bildirir ki, iki il əvvəl meşədə tutulan Tomini restoranda ayaqyolunun yanındakı qəfəsə salmışdılar. Restoranın sahibi ona su əvəzinə pivə verirdi.
Ayı "Four Paws" təbiəti mühafizə təşkilatının fəallırının sayəsinəd azad edilib. Fəallara Albaniyanın Ətraf Mühitin Mühafizəsi Nazirliyi dəstək olub. "Four Paws" təşkilatı qanunsuz olaraq qəfəslərdə saxlanan ayıların qurtulmasına yönəlmiş proqramı çərçivəsində artıq 50 ayını meşələrə buraxıb.
"Dünyanın ən qəmli ayısı" kimi məşhurlaşan Tomi indi çox sərt rəftara görə reabilitasiya kursu keçir.
Tirana zooparkında iki həftə saxlanandan sonra ayı Priştinada qoruğa buraxılacaq.