Elmar Qasımov keçmiş nazirinə qalib gəldi
12:50 14-06-2012
CƏMİYYƏT
Elmar Qasımov keçmiş nazirinə qalib gəldi
Misir Mərdanov dirəşdi, amma sonda yenə məğlub oldu
Təhsil naziri Misir Mərdanov keçmiş müavini qarşısında növbəti məğlubiyyətini yaşayıb. Nazir uzun zaman müddətində arasında intriqa yaşadığı və nəhayət ötən ilin sentyabrında görəvindən kənarlaşdırılması barəd rəsmi qərar verilməsinə nail olduğu Elmar Qasımovın rektoru olduğu Bakı Ali Neft Məktəbinə kadr hazırlığı aparmaq üçün icazə (lisenziya) verib.
Bu barədə elə ilk məlumatı da Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov yayıb. Rektorun sözlərinə görə, 2012-ci ildə ali məktəbə 1-ci ixtisas qrupuna aid olan "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə hər birinə 50 nəfər olmaqla tələbə qəbulu elan edilib.
E.Qasımov bildirib ki, mütəxəssis hazırlığı beynəlxalq standartların tələblərinə uyğunlaşdırılmış tədris proqramları əsasında Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbi ölkə başçısının 29 noyabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin strukturunda yaradılmış dövlət ali təhsil müəssisəsidir. Məktəbin nizamnaməsi 2012-ci il fevral ayının 29-da Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib.
Ali məktəbdə təhsil 5 illik və ödənişsizdir. Məktəbə tələbə qəbulu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir. Tələbələrə 1-ci tədris ilində "İngilis dili" və "Kompyuter və informasiya-kommunikasiya texnologiyaları" fənləri tədris ediləcək, sonrakı 4 il ərzində isə onlar ingilis dilində müasir tədris texnologiyalarının tətbiqi ilə ixtisas təhsili alacaqlar.
Məzunlara hər iki ali təhsil müəssisəsinin diplomları veriləcək, onlar Neft Şirkətinin ölkədəki və xaricdəki müəssisələrində zəmanətli və yüksək əməkhaqlı işlə təmin olunacaq, təhsildə fərqlənənlər gələcəkdə magistraturada və doktoranturada təhsillərini davam etdirmək imkanları əldə edəcəklər.
Əlbəttə, biz lisenziya məsələsində onu nəzərdə tutmuruq ki, Mərdanov bu barədə sərəncam imzalayıb Qətiyyən! Təhsil naziri ölkə başçısının sərəncamı ilə yaradılan və rektorluğuna da elə ölkə başçısının sərəncamı ilə Elmar Qasımovun gətirildiyi Ali Neft Məktəbinə lisenziya verməyə bilməzdi. Elə isə "növbəti məğlubiyyət" deyərkən nəyi nəzərdə tuturuq?
Məsələ burasındadır ki, təhsil naziri yeni təhsil müəssisəsində tədris hazırlıqlarının istənilən səviyyədə aparılmadığını əsas gətirərək lisenziya məsələsi ilə bağlı Elmar Qasımovu həyəcanda saxlamaq, elə bəri başdan keçmiş müavininin Ali Neft Məktəbinin rəhbəri postu üçün uyğun kadr olmadığına dair fikir formalaşdırmaq niyyəti güdüb. Amma onun bu istəyini reallaşdırması alınmayıb. Səbəbi isə son vaxtlar təhsil nazirinin ətrafında yeni "vurulma" planının işə salınmasıdır.
Artıq məlumatlar var ki, nazirin iqtidar içi rəqibləri onu yeni dərs ilinədək sıradan çıxarmaq üçün yeni hücuma başlayırlar. Belə bir vaxtda isə təhsil naziri köhnə və aktuallığını hələlik itirmiş bir ixtilafı yenidən alovlandıraraq özünə əlavə cəbhə açılmasını arzulamayıb, odur ki, heç bir tərəddüdsüz, Elmar Qasımovu çətin situasiya ilə üzləşdirmədən Ali Neft Məktəbinə fəaliyyətə başlaması üçün icazə verilməsi baədə qərar imzalayıb.
Azər Aslan
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15