Suriyanın Tell El Hava bölgəsində Türkiyə Silahlı Qüvvələrinə məxsus tank İŞID terrorçuları tərəfindən vurulub.
Rəsmi məlumata görə, sentyabrın 9-da günorta saatları bu bölgədə terrorçularla döyüşlərdə Türkiyə ordusunun 3 əsgəri şəhid olub, bir hərbçi yaralanıb.
Aparılan anti-terror əməliyyatları nəticəsində terrorçuların məskunlaşdığı 4 sığınacaq tamamilə dağıdılıb.