ABŞ-ın avtomobil şirkəti "General Motors"(GM) satdığı 4,3 milyon avtomobildə nasazlıq aşkarlandığı üçün onları geri qaytarır.
Unikal.org "qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən maşınların hava yastıqlarında və təhlükəsizlik kəmərlərində problem aşkarlanıb.
Bu vaxta qədər problem nəticəsində artıq 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Nasazlıq 2014-2016 istehsalı "Buick LaCross", "Chevrolet SS", Spark EV, 2014-2017 istehsalı "Buick Encore", "GMC Sierra", "Chevrolet Corvette", "Trax", "Caprice", "Silverado", 2015-2017 istehsalı olan "Chevrolet Tahoe", "Suburban", "Silverado HD", "GMC Yukon, "Yukon HL", "Sierra HD", "Cadillac Escalade" və "Escalade ESV" modellərində aşkarlanıb.