Türkiyə Respublikasının hüquqi şəxsi "Provel Tükətim Ürünləri Sanayi və Ticarət Anonim Şirkəti "Azərbaycan Beynəlxalq Bankı ASC-ni məhkəməyə verib.
Unikal.org-un məlumatına görə, Türkiyə şirkəti bank qarantiyası üzrə ödənişin verilməsinə məcbur edilmə barədə tələb irəli sürüb.
1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı qismən təmin edib.
Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.