Müxalifətdə "din davası, yoxsa dən davası?"
12:51 14-06-2012
CƏMİYYƏT
Fəzail Ağamalı: "Müsavatçıların ACP-yə üz tutması məhz Sülhəddin Əkbər amili ilə bağlıdır və burada Rəsul Quliyevin qətiyyən rolu və cazibəsi yoxdur"
Ötən sayımızda müxalifət düşərgəsində baş verən yerdəyişmələr, daha doğrusu, Müsavat və AXC partiyalarından Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyasına keçənlər barədə yazmışdıq. Mövzunun oxucu marağına səbəb olduğunu nəzərə alaraq ona bir daha qayıdırıq.
Hazırda Amrikada yaşayan eks-skiper Rəsul Quliyevin siyasi cəhətdən fəallaşması müxalifət daxilində bir sıra problemlər yaratmaqdadır. Belə ki Rəsul Quliyev 2013-cü ildə Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkilərində iştirak etmək və qalib gəlmək iddialarını gizlətmir, eyni zamanda bu istiqamətdə fəal iş aparır.
O, əvvəlcə bu yöndə atılmış ilk addım kimi İctimai Palatanın liderlərini hədəfə götürdü və bu jest dərhal konkret nəticələr verməyə başladı: İP-nın liderləri də eks-spikerin atmacalarına qarşı etinasız qalmadılar və necə deyərlər, mövqerlər aydınlaşdı. Amma "mövqelər" müxalifətin yuxarı eşalonunda aydınlaşdı, aşağılarda isə tərəddüdlər başlandı.
R. Quliyevin ikinci fəal addımı ACP sədrini dəyişdirilməsi ilə nəticələndi: Müasvat Partiyasının keçmiş liderlərindən biri olan Sülhəddin Əkbər sözügedən partiyanın sədrliyinə gətirildi. S.Əkbərin gəlişindən sonra isə həm Müsavat, həm də AXC partiyalarının sıravi üzvlərində Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyasına keçidlər başladı.
Məsələn, dünən məlumat yayıldı ki, Müsavat Partiyasının Naxçıvan təşkilatından istefa verən Meydan Babayev eks-spiker Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyasına keçib. Bu barədə açıqlama verən keçmiş müsavatçı bir neçə gün bundan öncə ACP-yə üzv olmaq üçün müraciət etdiyini bildirib.
"Mən Açıq Cəmiyyət Partiyasına üzv olmaq üçün artıq bir neçə gündür ki, müraciət etmişəm. Siyasi fəaliyyətimi bundan sonra ACP-də davam etdirmək istəyirəm", -deyə M.Babayev qeyd edib.
Sülhəddin Əkbərlə keçmiş silahdaş olduğnu deyən M.Babayev yeni partiyasında hansı vəzifə tutacağı ilə bağlı suala belə cavab verib:
"Mən hələ deyə bilmərəm ACP-də mənə hansı vəzifə veriləcək. Hələki üzv olmaq üçün maraciət etmişəm. Qeyd edim ki, mənim partiyaya qoşulmaq istəyim ACP-də çox yaxşı qarşılandı. Onlar da mənim keçidimə şad olduqlarını bildirdilər".
Millət vəkili Fəzail Ağamalının sözlərinə görə, "Müsavat və AXC partiyalarından ACP-yə keçidlər İctimai Palatanın son zamanlar nüfuzunu itirməsi ilə bağlıdır. Xüsusən də Müsavat axır illərdə daha çox itkiyə məruz qalmağa başlayıb. Yada salaq ki, bu partiyanın ciddi simalarından olan Sülhəddin Əkbərlə İbrahim İbrahimlinin istefası partiyanın sosial bazasına olduqca ciddi zərbə oldu".
Partiya sədrinin fikrincə, həm Müsavat, həm də AXCP-dən ACP-yə keçidlər daha çox Sülhəddin Əkbərin sonuncuya sədər gətirilməsi amili ilə bağlıdır: ""Sülhəddin Əkbər Müsavat partiyasında ciddi sima idi və onun bölgələrdə də reytinqi yüksək idi. Bunu da nəzərə alın ki, o həm də təşkilatçılıq qabiliyyəti ilə seçilirdi. Buna görə də müsavatçıların ACP-yə üz tutması məhz Sülhəddin Əkbər amili ilə bağlıdır və burada Rəsul Quliyevin qətiyyən rolu və cazibəsi yoxdur. Bu, birmənalıdır, çünki Azərbaycanda hamı aydın şəkildə başa düşür ki, Rəsul Quloyevin hakimiyyətə gəlmək şansı sıfıra bərabərdir".
Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadənin sözlərinə görə, "Sözügedən transferlər birinci növbədə Sülhəddin Əkbərin siyasi oyunları ilə bağlıdır. S.Əkbər müxalifətin onun başına gətirdiyi oyunları unutmayıb və bu məsələlərin səsi hələ sonralar daha çox çıxacaq".
Araz Əliszadənin fikrincə, "Rəsul Quliyev hazırda o qədər də ciddi siyasi çəkiyə malik deyil ki, kimsə ona güvənə bilsin. Amma bu transferlətrdə onun, sadəcə, pul kisəsi kimi xidməti qeyd oluna bilər. Yəni sıravi müsavatçılar və cəbhəıçilər Rəsul Quliyevin pullarının iyini hiss edirlər. Necə ki bir zamanlar pul iyi hiss edən dindarlar vəhhabiliyə üz tuturdular, indi də müxalifətdə həmin proseslər gedir".
Savalan
Digər Xəbərlər
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00
2024-12-25 16:57:06