Kəlbəcərin təhsil sistemində kim kimədir?
12:52 14-06-2012
CƏMİYYƏT
Kəlbəcərin təhsil sistemində kim kimədir?
Məhəmməd Bağırovun yaratdığı "sistem" yalnız özünə sərf edir
Azərbaycanın təhsil sistemində yaşanan özbaşınalıqlar daha çox qaçqın rayonlarında diqqəti çəkir.
Yerli təhsil şöbələrinin müdirləri yaranmış vəziyyətdən sui-istifadə edərək, mümkün qədər dərs tədris etməkdən çox öz maraqlarını düşünürlər. Elə bu səbəbdəndir ki, bir çox qaçqın rayonlarının məktəblərində vəziyyət dəhşətli şəkil alıb.
Həmin məktəblərdən biri çoxu da Kəlbəcər rayonunda fəaliyyət göstərir. Aldığımız məlumata görə, rayonun təhsil şöbəsinin müdiri Məhəmməd Bağırov demək olar ki, öz bildiyini edir. Daha doğrusu, rayona aid orta məktəblərdə dərsin keyfiyyəti barədə danışmaq mümkün deyil. Elə sakinlər də bildirirlər ki, Kəlbəcər rayonuna məxsus orta məktəblərdə daha çox pul qazanmaq barədə düşünürlər. Bəzən bunu uşaqlardan yığılan "fond pulu", "tabaşir pulu" şəklində əldə edirlər. Bəzən isə bu yığım işləri büdcədən ayrılmış vəsaitlərin mənimsənilməsi şəklində üzə çıxır.
Qeyd olunur ki, Məhəmməd Bağırov işləri o yerə çatdırıb ki, artıq orta məktəblərdə dərsə gələnlərin sayı xeyli azalıb. Hətta elə hallar da var ki, orta məktəblərin müəllimləri aylıq haqq verərək, bizneslə, dükan işlətməklə, o cümlədən heyvandarlıqla məşğul olmağa daha çox üstünlük verirlər.
Bildirək ki, Kəlbəcər Təhsil Şöbəsində və rayonun təhsil sahəsində daha maraqlı hadisələr baş verir. Həmin hadisələr və faktlar barəsində isə gələn sayımızda bilgi verəcəyik. Həmin bilgilər içində isə orta məktəblərdə şagirdlərin "transfer"indən tutmuş, dəftər-jurnal satışına qədər çaox önəmli məsələlərdən xəbərdar olacaqsız.
Namiq
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33