"Qardian" qəzeti Con Hopkins Universitetinin Berman Bioetika İnstitutunun alimi Travis N Riederin məqaləsini dərc edib.
Alimin məqaləsində bildirilir ki, bəşəriyyət Yer planetinin gələcəyini xilas etmək istəyirsə, öz artımını nəzarət altına almalıdır.
Unikal.org xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Müəllif yazır ki, onun bu barədə mətbuatda çıxışı Feysbuk-da 70 min dəfə paylaşılıb və ona minlərlə reaksiya verilib.
Rieder yazır ki, bu məqaləsində elə sosial mediadakı bəzi reaksiyalarla bağlı münasibətini bildirmək istəyib.
Alim bildirir ki, tənqidçilərin böyük əksəriyyəti onu iqlim dəyişikliyi barədə söhbətlərə aşırı reaksiya verməkdə günahlandırıblar. Bu adamlar bildirirdilər ki, insanların doğumu məhdudlaşdırması iqtisadiyyatı inkişafdan qoya bilər.
Bəziləri isə ümumiyyətlə iqlim dəyişikliyi məsələsini fırıldaq hesab edirlər və yazırlar ki, bunu dünya resurslarını ələ keçirmək istəyən qüvvələr uydurublar.
Alim yazır ki, belələrini alimlərin 97 faizinin iqlim dəyişikliyinin artıq baş verdiyini bildirməsi inandıra bilməyibsə, o necə inandıra bilər?
"Elə adamlar da var ki, qlobal istiləşmənin deyildiyi qədər də fəlakətli olmayacağına inanırlar, - yazır alim, - Onlar deyirlər ki, adamları lüzumsuz yerə qorxutmaq, onları dünyaya övlad gətirməkdən çəkindirmək lazım deyil".
Digər Xəbərlər
2025-02-25 19:54:12

2025-02-25 19:08:45

2025-02-25 17:57:07

2025-02-25 17:50:05

2025-02-25 17:38:08

2025-02-25 17:31:11

2025-02-25 17:19:19

2025-02-25 16:26:01

2025-02-25 16:07:23

2025-02-25 15:27:07

2025-02-25 15:05:34

2025-02-25 14:08:00

2025-02-25 14:07:00
.jpg)
2025-02-25 13:48:31

2025-02-25 13:43:15

2025-02-25 13:37:07
.jpg)
2025-02-25 13:31:00

2025-02-25 12:49:21

2025-02-25 12:34:00

2025-02-25 12:10:00
