Xaçmazda etiraz aksiyası
12:56 14-06-2012
CƏMİYYƏT
Xaçmazda etiraz aksiyası
Yüzlərlə evi elektriklə təmin edən transformatorun sahibi varmış
Əyalətlərdə durum getdikcə ağırlaşır. Məmur özbaşınalığı, rüşvət, korrupsiya və insanlara qarşı münasibətdəki neqativ halların isə sayı-hesabı yoxdur. Artıq bəzi rayonlarda elə mənzələr yaşanır ki, onlara nə ad verilməsinə belə çətinlik çəkirsən.
Ötən günlərdə Gəncədə baş vermiş polis vəhşiliyi ölkəni demək olar ki, ayağa qaldırıb. Gəncə polisinin bir qadını vəhşicəsinə döyərək, həbs etməsini əks etdirən səhnələrə DİN-də münasibətini bildirib. Nazirlik bəyan edib ki, həmin polis əməkdaşlarının kimliyi müəyyənləşdikdən sonra dərhal barələrində tədbir görüləcək. Ancaq belə hadisələr və ya buna bənzəyən olaylar təkcə Gəncədə baş vermir. Həm də digər rayonlarda buna oxşayan və mahiyyətcə ağır olaylar cərəyan edir. Amma tədbir görülməsinə gəldikdə durum bir qədər fərqlidir.
Xaçmaz rayonunun Xudat şəhərində baş verən dünənki hadisələr də əyalətlərin durumunu ortaya qoyur. Vəziyyət belədir ki, Xudat şəhərinin bir qrup sakini dünən "Azərenerji" ASC-nin "Xaçmaz Regional Elektrik Şəbəkəsi" MMC-nin qarşısına yığışıb. Buna səbəb isə Xudatda yüzlərlə ailəni elektrik enerjisi ilə təmin edən transformatorun sahibinin artıq öz mülkiyyətində olan həmin avadanlığı başqa yerə aparmaq istəyidir.
Qeyd olunur ki, həmin şəxs transformatoru öz mülkiyyətində olduğu üçün aparmaq fikrini bir ay bundan əvvəl ortaya atıb. Onun belə bir hərəkət etməsinin səbəbi isə başqa yerə köçməsi ilə bağlıdır. Lakin onun transfomatoru açaraq, başqa yerə aparması 100-dən artıq ailənin işıqsız qalması ilə nəticələnəcək. Ona görə də, sakinlər mümkün qədər problemi çözmək üçün rəsmi qurumlara müraciət ediblər.
Amma dəfələrlə "Xaçmaz Regional Elektrik Şəbəkəsi" MMC-yə müraciət olunmasına baxmayaraq, əhalinin şikayətinə baxan yoxdur. Həmin idarədən verilən məlumat belədir ki, onların əlindən heç bir iş gəlmir. Eyni zamanda, çıxarılmış transfomatorun yerinə yeni avadanlıq qoyulması üçün vəsaitlərinin olmadığını deyiblər. Hətta vətəndaşlara təklif olunub ki, onlar öz aralarında pul yığaraq, yeni transformator alsalar daha yaxşı olar.
Cavid
Digər Xəbərlər
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52
2024-12-24 16:08:00