REAL niyə "qızışıb"?
12:57 14-06-2012
CƏMİYYƏT
REAL niyə "qızışıb"?
Qərb fondları ilə "hamaş" olan İlqar Məmmədov özünü gözə soxmaq istəyir
Son günlər siyasi arenada aktivləşən siyasi təşkilatlardan biri də İlqar Məmmədovun başçılıq etdiyi REAL Hərəkatıdır. Ötən günlərdə Milli Məclisin qarşısında aksiya keçirməklə gündəmə yenidən gələn "realçı"lar, daha böyük iddialar uğrunda mübarizə apardıqlarını deyirlər. Hətta o qədər irəli gediblər ki, Azərbaycanda keçiriləcək prezident seçkilərinə namizədlə qatılıb, qələbə çalacaqlarını vurğulayırlar.
Dünən isə hərəkatın rəhbəri İlqar Məmmədov daha bir bəyanatla çıxış edib. Bu dəfə dünən polisə müqavimət göstərdiyinə görə saxlanılan fotoreportyor Mehman Hüseynovla bağlı. Məmmədov bildirib ki, onlar artıq bununla bağlı tədbirlər görməyə hazırlaşırlar. REAL Hərəkatının sədri deyib ki, bütün gəncləri başına yığaraq, bu həbsin qarşısını almağa başlayacaqlar. "Mən əminəm ki, hakimiyyətə təzyiq göstərərək Hüseynovu azadlığa buraxılmasını təmin edəcəyik. Bu bizim üçün imtahandır. İstəyimizə nail olmasaq, hamımız siyasətdən çəkib getməliyik".
Doğrusu, İlqar Məmmədov və onun rəhbərlik etdiyi hərəkatın bu şəkildə "qızışması" kifayət qədər diqqətçəkəndir. Çünki onların fəallığı məhz ABŞ dövlət katibi Hillari Klintonun Bakıya səfərindən sonraya təsadüf edir. Hər halda bunun bir təsadüf olduğu barədə düşünmək bir qədər yanlışlıq olardı. Çünki Klintonun Bakıda görüşdüyü ictimayət nümayəndələri sırasında "realçı"ların da olduğuna dair məlumatlar var.
Hərçənd İlqar Məmmədovun rəhbəri olduğu təşkilatın gözlənilmədən aktivləşməsinin digər səbəbləri də var. Birincisi, "REAL" Hərəkatının nümayəndələri dəfələrlə bəyan ediblər ki, indiki müxalifəti qəbul etmirlər. Həmçinin onlar əksər tədbirlərdə istər İctimai Palatanı, istərsə də ayrı-ayrı partiyaları "psevdo müxalifət" olaraq xarakterizə edirlər. Bununla belə hesab edirlər ki, "REAL" yeni qüvvə kimi meydana çıxıb və narazı kütləni ətrafında birləşdirməyi düşünür.
Bütün bunların fonunda diqqəti çəkən ümumi mənzərə ondan ibarətdir ki, "REAL" Hərəkatı mövcud vəziyyətdən istifadə etməklə, yəni müxalifətin zəifliyindən yararlanmaqla ölkədə aparıcı siyasi qüvvə olduğunu nümayiş etdirmək istəyir. Parlamentin qarşısında keçirilən etiraz aksiyası isə bu istiqamətdə atılmış ilk addımdır. Və böyük ehtimalla proseslər davamlı olacaq və hərəkat daha qabarıq şəkildə nümayiş olunmağa çalışacaq.
Bir başqa amili də nəzərə çatdıraq ki, İlqar Məmmədovun Qərbin müxtəlif fondları ilə çox yaxşı əlaqələri var. Bu gün Azərbaycanda vəziyyəti gərginləşdirmək, narazılıqları artırmaq, etiraz aksiyalarının keçirilməsini maliyyələşdirən həmin fondların bəzilərinin Azərbaycandakı nümayəndəsi kimi çıxış edən REAL sədrinin aktivləşməsi onların yardımları sayəsində də mümkün olandır.
Cavid
Digər Xəbərlər
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33
2024-12-24 16:13:00
2024-12-24 16:09:52
2024-12-24 16:08:00