"Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlərin əksəriyyəti təhlükəsizliyin və rahatlığın təmin edilməsi, marşrut xətləri üzrə istismarda olan nəqliyyat vasitələrinin texniki vəziyyətinin sazlığı tələblərini tam şəkildə yerinə yetirmir. Bunun isə başlıca səbəbi onların müasir standartlara cavab verən maddi texniki bazaya malik olmamasıdır.
Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumat görə, məhz lazımi maddi texniki bazanın olmaması ictimai nəqliyyatda bir sıra problemlərin həllini çətinləşdirir.
"Mövcud çatışmazlıqların aradan qaldırılması ilə bağlı dəfələrlə daşıyıcı şirkətlərə xəbərdarlıqlar edilib. Artıq tələbləri yerinə yetirməyən daşıyıcı şirkətlərə qarşı əməli tədbirlərin icrasına başlanılıb. Bu çərçivədə 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərən şirkətlə bağlanan müqaviləyə xitam verilib, - deyə məlumatda bildirilir.