Gəncədə 6 gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə, ölən şəxs 63 yaşlı M.Quliyevadır.
Xatırladaq ki, hadisə avqustun 13-ü şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən 63 yaşlı M. Quliyevanı vurub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov