Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün Göygöl rayonuna səfəri çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə görüşü təşkil olunub.
"Unikal" xəbər verir ki, görüşdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram koordinatoru Hayrettin Özçelik və Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.
Elvin Paşayev qonağı salamlayaraq Göygölün tarixi, mədəniyyəti, iqtisadi potensialı və turzmi barədə ətraflı məlumat verib. Eyni zamanda Türkiyənin Gəncədəki Baş konsulluğu ilə mövcud əməkdaşlıq əlaqələrindən, həmçinin TİKA-nın Göygöldə icra etdiyi və gələcəkdə icra olunacaq layihələrdən danışılıb.
Səfir Birol Akgün isti və səmimi qəbula görə İcra başçısına minnətdarlığını ifadə edərək, Türkiyə və Azərbaycan dövlətlərinin qardaş münasibətlərindən danışıb.
Görüşün yekununda qarşılıqlı hədiyyələr təqdim olunub.