Fevralın 15-dən 16-na keçən gecə Bakı şəhəri Xətai rayonu ərazisində intihar edən Moldova vətəndaşı, 23 yaşlı Quriya Qlofira hələ də dəfn edilməyib.

Unikal.org Lent.az-in məlumatına görə, özünü Məhəmməd Hadi küçəsindəki çoxmərtəbəli binadan atan gənc qızın meyiti Xətai rayon morqundadır. Ailəsi onu Moldovada dəfn etmək istəsə də, meyiti aparmağa maddi imkanları çatmır.

 

Bu arada Q.Qlofiranın ailə üzvləri intiharla bağlı dindiriliblər. Onlar istintaqa ziddiyyətli ifadələr veriblər. Belə ki, yeni ailə həyatı quraraq Bakıya gələn və burada ərinin ailəsi, eləcə də digər qohumları ilə birgə yaşayan qızın bəzi qohumları onun evdə incidildiyini, bəziləri isə onun başqası ilə münasibətinin olduğunu iddia edib.