Türkiyə ümumilikdə qadın sürücülərin sayı 6,5 milyonu keçdi.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, 2006-ci ildə 2 milyon 872 min 951 olan qadın sürücü sayı, 10 il içində 6 milyon 533 min 500 yüksəlib. 

10 il əvvəl ümumi sürücü sayı 17 milyon 586 min 179 nəfər olub. Bunun da  83,7 faizi kişi, 16.3 faizi qadın olub.
Hazırda isə Türkiyədə kişi sürücülərin sayı 20 milyon 955 min 650, qadın sürücülərin sayı isə 6 milyon 533 min 500  nəfərdir.