Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev sentyabrın 23-də saat 10:30-da Göygöl şəhərindəki Heydər Əliyev Mərkəzində (Hummel küçəsi. 4) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən unikal.org-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Göygöl, Gəncə, Samux, Daşkəsən, Şəmkir rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar sentyabrın 22-si saat 10:30-dək "195 Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Gəncə Gömrük İdarəsi (əlaqə telefonu: ((022) 259-58-33) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Sosial səhifələrdə paylaş