Almaniya futbolunda maraqlı hadisə baş verib. 

Unikal.org-un Apasport.az-a istinadən məlumatına görə, V divizionda çıxış edən "Vedelerin texniki direktoru Frank Okens Bundesliqa təmsilçisi "Şalkenin onlara 50 yeşik pivə yolladığını deyib.

Yerli mətbuata açıqlama verən Okens bunu belə izah edib: "Mən "Şalkenin idman direktoru Kristian Haydelə "email yazdım və ona bildirdim ki, baş məşqçimizin komandadan getməsinin qarşılığında bizə ya 50 yeşik pivə yollayın, ya da komandalarımız yoldaşlıq oyunu keçirsin. Onlar da pivəyə razılaşdılar.
Aşağı divizion klubunun rəsmisi bunu baş məşqçilərinin komandadan getməsində birbaşa olmasa da, "domino prinsipi ilə Helzenkirhen təmsilçisinin səbəb olması ilə əsaslandırıb.

Belə ki, "Auqsburqun baş məşqçisi Markus Vaynsril "Şalke ilə anlaşıb. Onun yerinə "Darmştdatın çalışdırıcısı Dirk Şuster "Auqsburqa, Norbert Mayer "Arminiyadan "Darmştdata, öz növbəsində Rüdiqer Rem "Zonnenhof Qrosaspaxdan "Arminiyaya, daha sonra Oliver Sapel "Ayhededən "Zonnenhof Qrosaspaxa və nəhayət Yorn Qrosskopf "Vedelerdən "Ayhedeyə keçib.