İtaliya millisinin eks müdafiəçisi Cuzeppe Berqomi yeni mövsümdə "Napoli"nin "Juventus"la başa-baş rəqabət aparacağını söyləmişdi. 

Unikal.org goal.az-a istinadən xəbər verir ki, "Bologna" üzərindəki qələbədən sonra (3:1) Neapol klubunun baş məşqçisi Maurisio Sarri bu fikrə münasibət bildirib.

"Berqomi özü də yaxşı bilir ki, bu mümkün deyil. "Juventus"un maliyyə üstünlüyü bizdən o qədər çoxdur ki, A Seriyasında çempionluq rəqabətini öldürür. Turin klubu Bundesliqada "Bavariya", Liqa 1-də PSG, Primerada "Real" və "Barcelona" kimi statusa malikdir. Təəssüf ki, "Juventus" hər hansı axmaqlıq etməyənə kimi vəziyyət dəyişməyəcək. Onlar isə səhvə meyilli görünmürlər".