Birinci divizionda mübarizə aparan "Şahdağın futbolçusu Kamran Nurəhmədov diqqət mərkəzindədir.
Unikal.org xəbər verir ki, o, Azərbaycan futbol tarixinə ən qocaman oyunçu kimi düşüb.
1967-ci ildə anadan olan Nurəhmədovun 49 yaşı var. O, ötən tur "Şəmkirlə oyunun 80-ci dəqiqəsində meydana çıxıb. Komandasına qazandırdığı cərimə zərbəsindən vurulan qolla da "Şahdağ 3 xal qazanıb.
Sözügedən oyunda həmçinin onun oğulları Kamil və Habil də iştirak edib.