Son illər gündəmdə olan "Gülən camaat"ı şəbəkəsinə Azərbaycanın üzdə olan şəxlərinin də qoşulması faktlarla sübut olunub. Gülən adamlarının Azərbaycan mediasındakı təmsilçilərinin olması da heç kimə sir deyil. Bu adamların köməkliyi ilə ölkə mediasında tam da olmasa, öz istəklərini həyata keçirtməyi bacarırlar. Xatırladaq ki, bir neçə il bundan əvvəl Fətullah Gülənlə görüşmüş daha bir azərbaycanlı jurnalist üzə çıxıb. Türk vaizlə görüşmüş, ondan müsahibə almış tanınmış telejurnalist Qulu Məhərrəmlinin oxuculara Gülən sevgisi barədə bunları deyib: "Fətullah Gülənlə iki dəfə görüşmüşəm. İlk dəfə 1998-ci ildə Türkiyədə, ikinci dəfə isə 2011-ci ildə ABŞ-da. Amma bunlardan əvvəl 1992-ci ildə də belə bir görüş imkanı yaranmışdı. O vaxt "Zaman" qəzetinin təşkilatçılığı ilə 20-yə yaxın jurnalist Türkiyəyə səfərə getmişdi. Nəzərdə tutulduğuna görə, qrup İzmirdə Gülənlə də görüşməli idi, lakin səfər proqramı bir az uzun çəkdiyinə görə AzTV-də çalışan bir həmkarımla qrupdan ayrılıb İstanbula getdik, oradan isə Naxçıvana qayıtdıq. Amma görünür, bu mübarək insanla görüşmək qismətimizdə var imiş. Lakin 1998-ci ilin mayında İstanbuldakı görüşümüzdə mən qarşımda dünyanı fərqli duyan, zəngin bir fikir adamını gördüm. Mənə kifayət qədər sadə, səmimi, istiqanlı, dərin zəkaya malik, təvazökar və harizmatik insan təsiri bağışladı. Nitqi aydın, fikirləri dupduru idi. Bir də xoşuma gələn o oldu ki, əvvəlcədən razılaşdırılmış suallardan kənara çıxmağa etiraz etmədi". Qulu Məhərrəmlinin düşüncəsində Fətullah Gülən belə olub: "Xoca əfəndi mənim üçün, ilk növbədə bir mütəfəkkir, maarifçi filosof, barış və dialoq adamıdır. Onun fəlsəfi düşüncələri minilliklər ərzində formalaşmış Şərq fəlsəfəsindən qaynaqlanır. Mən Güləndə Qəzzalinin, Mövlanənin, Fərabinin ruhunu duyuram. Xarici mətbuatda onun "Anadolunun Mahatma Qandisi" adlandırılması da təsadüfi deyil. Gülənin ideyaları və gerçəkləşdirdiyi hərəkat üç istiqamət üzərində dayanır: insanları maarifləndirməklə cahilliyin qarşısını almaq, güzəranlarını yaxşılaşdırmaqla yoxsulluğu və fəqirliyi ləğv etmək, dialoq və xoşgörü ilə münaqişə və nifaqlara son qoymaq. Görün, bu ideyalar cahillikdən, fəqirlikdən və çox vaxt nadanlıqdan doğan münaqişələrdən əziyyət çəkən İslam dünyası üçün nə qədər vacibdir? Vaxtilə Turqut Özalın da dəstək verdiyi bu ideyalar, əslində bizlər üçün yeni deyil. Ötən əsrin əvvəllərində görkəmli Azərbaycan mütəfəkkirləri Əli bəy Hüseynzadə, Əhməd bəy Ağoğlu, Məmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli bu barədə dönə-dönə danışıblar. Ona görə də F.Gülənin könüllülər hərəkatına, onun ideyalarına bir az geniş nəzərlərlə baxmaq lazımdır". Görünən odur ki, Qulu Məhərrəmli kimi Azərbaycan mediasında Gülən sevənlər hələ də qalmaqdadır. Amma ən azından Gülənin Azərbaycan mediasındakı emissarları müəyənləşdirilməli və təmizlənməlidir. Dövlətimiz tərəfindən də bu işlər uğurla davam etdirilir. "Unikal.org"un əldə etdiyi məlumata görə, Q.Məhərrəmlinin Fətullah Gülənlə münasibətləri daha da dərinləşdirib. Hətta onunla məxfi plan üzərində müzakirələrin aparıldığı da bildirilir. Yəni, Qulu Məhərrəmlinin xəyanət planı içərisində olduğu şübhəsizdir.
http://tr.fgulen.com/content/view/18389/11/
http://fgulen.com/az/metbuat/kose-yazilari/43414-azerbaycanda-nurcu-nagillari
http://fgulen.com/az/metbuat/xeberler/38033-ona-regbetimi-hec-vaxt-gizletmirem