19 yaşlı ABŞ vətəndaşı Şelbi Eyks yalnış göndərdiyi sms nəticəsində həbs oluna bilər.

Unikal.org "Fox59a istinadən xəbər verir ki, Eyks telefon nömrələrini qarışdıraraq narkotik vasitə almaq təklif etdiyi mesajı polis əməkdaşına göndərib. Şelbi ilə əlaqə quran polis sövdələşmə barədə razılığa gəlib. Eyks "alıcılara 700 dollar dəyərində "metamfetamin və yalnız həkimin resepti əsasında əldə olunan ağrı kəsici vasitələr satıb.

Polis əməkdaşları Eyksi həbs ediblər. Hazırda o, 30 ilə qədər azadlıqdan məhrum edilə bilər.