Bakı Ali Neft Məktəbində (BANM) 20 sentyabr "Neftçilər gününə həsr edilmiş tədbir keçirilib.

Unikal.org-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov Ümummilli lider Heydər Əliyevin fərmanı ilə Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təsis edilmiş "20 sentyabr - Neftçilər günü münasibətilə Azərbaycan neftçilərini, o cümlədən BANM-in professor-müəllim heyətini və tələbələrini təbrik edib. Rektor Elmar Qasımov Azərbaycan dövlətinin yürütdüyü uğurlu neft strategiyasından bəhs edərək "Əsrin müqaviləsinin ölkəmizin neft sənayesinin tarixində mühüm bir hadisə olduğunu deyib. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən siyasətin əsasında neft strategiyasının vacib yer tutduğunu vurğulayıb. Elmar Qasımov neftçi peşəsinin azərbaycanlıların ənənəvi peşə sahəsi olduğunu deyərək bu gün ölkəmizdə yüksək ixtisaslı, ingilisdilli, peşəkar kadrların hazırlanmasında məhz Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Ali Neft Məktəbinin rolundan danışıb. O, deyib ki, neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində bu Ali Məktəb nümunə kimi göstərilə bilər. Bu il BANM-ə daxil olan tələbələr və onların valideynlərini salamlayan rektor övladlarının bu Ali Məktəbə qəbul olması münasibətilə bir daha onları təbrik edib. Rektor BANM-in tarixi, inkişaf perspektivləri, beynəlxalq əlaqələri, xarici ölkələrin universitetləri ilə əməkdaşlığı haqqında söz açdı. Ali Məktəbdə Böyük Britaniyanın Heriot Vatt Universitetinin tədris proqramlarının tətbiq olunduğunu vurğulayıb. Elmar Qasımov gələcəkdə bu Ali Məktəbin məzunlarının şərəfli neftçi peşəsini ləyaqətlə davam etdirəcəklərinə əmin olduğunu bildirib.

Sonda bu il qəbul olan tələbələrə noutbuklar təqdim edilib.

Tələbələrə

Tələbələrə