Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrtahimovun adı verilib.

Unikal.org xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin sözçüsü İqrar Eyvazov Modern.az-a faktı təsdiqləyib. Bildirib ki, bununla bağlı icra başçısı Zakir Fərəcəovun qərarı olub. Belə ki, icra başçısı Sumqayıtın İnşaatçılar yaşayış massivindəki küşçələrin birinə Milli Qəhraman Mübariz İbrahimovun adının verilməsi haqqında sərəncam imzalayıb.