Yunanıstanda ölkənin Hərbi-Hava Qüvvələrinin "Apache" hərbi vertolyotu SARISA-2016 hərbi təlimlərində uçuşu zamanı qəzaya uğrayıb.
Unikal.org ANA-MPA-ya istinadən bildirir ki, insident Saloniki şəhərində, yerli vaxtla 09 radələrində Orfanos körfəzində yaşanıb.
Vertolyotun hər iki pilotu sağdır.
Protothema qəzetinin verdiyi məlumata görə, pilotlar 424-cü hospitala aparılıblar.
![Hərbi vertolyot dənizə düşdü - VİDEO - FOTO Hərbi vertolyot dənizə düşdü - VİDEO - FOTO](http://img.milli.az/2016/09/22/389b0e5900000578-3801162-image-a-46_1474499559319.jpg)