"Vur, komandir, vur! ifadəsi ilə ölkədə məşhurlaşan hərbi qulluqçu İlkin Muradovun ötən gün toy mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, toy mərasimində millət vəkili Aydın Mirzəzadə də iştirak edib. Deputat hərbçinin toy mərasimindən fotolar paylaşıb.
Toy mərasimi Neftçala rayonunun Xol Qaraqaşlı kəndində keçirilib.
Cənab Mirzəzadə Unikal.org-a toy əhval ruhiyyəsindən danışıb. Toy kənddə yerləşən şadlıq sarayında baş tutdu. Təqribən 500 nəfər qonaq var idi. Toyda əsasən İlkinin həmkəndliləri, dostları və eyni zamanda hərbiçi yoldaşları var idi. Toy çox yaxşı keçdi. Məndə Bakıdan bağlatdırdığım bir dəstə güll hədiyyə etdim. Bəyi və gəlini təbrik etdim. Yeni yaranan ailəyə xoşbəxtlik arzu etdim. İlkinin sadəcə Azərbaycan xalqının oğlu deyil, o bu millətin fəxri və qəhraman oğlu olduğunu dedim".