Səfir ermənilərə söz verdi
O, Bakıda erməni kilsəsinin bərpasına çalışacaq
ABŞ Senatının xarici əlaqələr komitəsində Riçard Morninqstarın Azərbaycanda səfir postuna namizədliyi məsələsi müzakirə olunub. Çox maraqlıdır ki, bu dəfə ermənilərə dəstək verən bəzi konqresmenlər etiraz mövqeyində olmayıblar.
Gəlin? məsələnin bu tərəfinə diqqət ayırmamışdan öncə müzakirələrin gedişatına diqqət ayıraq. Çünki belə müzakirələrdə adətən erməniyönlü konqresmenlər təxribat xarakterli suallar verərək qarşıdurma yaratmağa nail olurdular.
Xatırlayırsınızsa, öncəki səfir Metyu Brayza konqresdə müzakirəyə çıxarılanda erməni "soyqırım"ını tanımamaq ittihamı ilə üz-üzə qalmışdı. Amma bu dəfə yeni səfirə bu suallar verilmədi.
Səfir postuna namizəd Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə toxunarkən bildirib ki, bu münaqişənin həlli təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region üçün vacibdir: "Bütün Qafqaz regionunda stabilliyin möhkəmləndirilməsinə Dağlıq Qarabağ münaqişəsinin həlli qədər kömək edə biləcək ikinci bir şeyi təsəvvür etmək mümkün deyil. Münaqişənin həlli böyük iqtisadi inkişafa siyasi stabilliyə səbəb olacaq, buna görə də həll çox vacibdir".
Riçard Morninqstar qeyd edib ki, münaqişənin nizamlanması Ermənistan üçün yeni iqtisadi imkanlar açacaq, münaqişəyə cəlb olunmuş ölkələr, həmçinin bütün region üçün xeyir gətirəcək: "Bu münaqişənin həlli Azərbaycana öz diqqətini siyasi mühit və təhlükəsizlik sahəsində bir sıra məsələlər üzərində cəmləşdirməyə imkan verəcək".
Senator Cin Şahin ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana son səfərini xatırladıb, səfər zamanı insan haqları ilə bağlı məsələləri müzakirə olunduğunu deyib. Riçard Morninqstar bildirib ki, səfir təyin olunacağı təqdirdə insan haqlarına daha çox diqqət ayıracaq. O xatırladıb ki, Bəxtiyar Hacıyev Hillari Klintonun səfəri ərəfəsində vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb və ABŞ Bəxtiyar Hacıyevin işini izləməkdə davam edəcək.
Səfir postuna namizəd energetika ilə bağlı sualları da cavablandırıb. "Cənub dəhlizi" və TANAP layihələrinin reallaşmasının vacibliyini vurğulayan Morninqstar bildirib ki, "Şahdəniz" konsorsiumu layihənin taleyini 2013-cü ilin ortalarına kimi müəyyənləşdirəcək: "Hər şeydən əvvəl enerji resurslarını Avropaya çatdıracaq "Cənub dəhlizi" layihəsini inkişaf etdirmək lazımdır. Çünki bu məsələdə tələsməsək, Azərbaycan başqa yollar tapa bilər".
Senator Robert Menendes də səfirliyə namizədə bir neçə sual ünvanlayıb. Qoşunların təmas xəttində baş verən son insidentləri xatırladan senator bildirib ki, Azərbaycan tərəfin atəşkəsi pozması nəticəsində 3 erməni hərbçisi ölüb. Riçard Morninqstar bu sualı belə cavablandırıb: "ABŞ-ın məhz bu ölkədə səfiri postuna namizəd göstərildiyimə görə çox xoşbəxtəm. Azərbaycan - ABŞ-ın maraqları üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən ölkədir. Əgər bu posta təsdiqlənsəm, ABŞ administrasiyasının siyasətinə uyğun hərəkət edəcəyəm". Azərbaycanın silah alması barədə sualı cavablandıran Morninqstar bildirib ki, Azərbaycanın çox çətin ətrafı, çox çətin qonşuları var.
Müzakirələrin sonunda C. Şahin prosedura uyğun olaraq namizədə əlavə hansısa sualları yarana biləcək senatorların bunu etməsi üçün 48 saat vaxt təyin edib.
Ermənilərə yaxın konqresmenlərin susmasının isə, deyəsən, özəl səbəbi var imiş. Belə ki, o, hesabat zamanı bildirib ki, səfir olarsa, Azərbaycan ərazisində erməni abidələrinin dağıdılması məsələsinin araşdırılmasına birbaşa rəhbərlik edəcək. O bunu da bildirib ki, mütləq Culfaya gedəcək və orda vəziyyətlə yerində tanış olacaq. Həmçinin erməni qəburstanlıqlarının tarixi abidə kimi qorunmasına da çalışacağını söyləyib.
O bunu da bildirib ki, Bakıdakı erməni kilsəsinin də bərpasına nail olacaq. Beləliklə, gördüyünüz kimi, Azərbaycana gələcək səfir indidən ermənilər qarşısında müəyyən öhdəliklər götürüb.
Amma ekspertlər bildirirlər ki, bu öhdəliklər ciddi öhdəliklər deyil və o səfir təyin olunandan sonar bu öhdəlikləri yerinə yetirməyə də bilər. Həmçinin söylənilir ki, yeni səfir Azərbaycana gələrək daha çox enerji məsələləri ilə məşğul olacaq. O cümlədən Nabucco layihəsinin reallaşdırılması onun əsas vəzifəsi olacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02
2024-12-25 17:20:00