Bu gün Azərbaycanda 12 yaşlı bir uşağın plastik əməliyyatla cinsiyyəti dəyişdiriləcək.
Unikal.org-un axşam.az-a istinadən məlumatına görə məlumatına görə, əməliyyat "İstanbul NS klinikasında gerçəkləşdiriləcək.
Əməliyyat zamanı uşaq qadın ediləcək.
Əməliyyatı gerçəkləşdirəcək plastik-cərrah Dilqəm Məmmədov əməkdaşımızla söhbətində prosedurun qanuni yollarla edildiyini söyləyib.
Mütəxəssis bildirib ki, əməliyyat az sonra başlayacaq:
"Bu insan kefindən əməliyyat etdirən deyil. Uşaq doğuşdan həm kişi, həm də qadındır. 12 yaşı var. Doğuşdan anomaliyası olan bir qızdır. Daxili orqanları qız, xarici orqanı kişidir. Tibb elmində buna hermofroditizim deyilir. Xəstənin normal genotipi, xromosonları xarici görünüşü qadındır. Yəni "xy" yox, "xx" daşıyıcısıdır. Ona görə də əməliyyatla onu qadına çevirəcəyik. Bunu Türkiyədə genetek labarotoriyada da təsdiqləmişik, tibbi ekspert rəyi var. Səhiyyə Nazirliyindən əməliyyatın icra olunmasına icazə verilən sənədlər almışıq. Azərbaycanda qanuni yolla gerçəkləşdirilən bir əməliyyatdı.
Hətta gec qalınıb. Bu əməliyyatı uşaq cinsiyyətini dərk etmədən gerçəkləşdirmək lazım idi.