117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə deputat Aqiyə Naxçıvanlı 17-20 fevral tarixlərində Oğuz rayonunda müxtəlif tədbirlərdə iştirak edib, eyni zamanda seçiciləri ilə görüşüb.
Unikal.org Modern.az-a istinadən xəbər verir ki, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qısa zamanda həll edilməsi məqsədi ilə görüşə Oğuz Rayon Məşğulluq Mərkəzinin, Oğuz Rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktorları, Oğuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, Oğuz şəhər və kənd bələdiyyələrinin sədrləri də dəvət edilib.
Ümumilikdə qəbulda iştirak edən seçicilərin sayı 37 nəfər olub Müraciətlər əsasən işlə təmin olunma, maddi yardım, ünvanlı sosial yardımın təyin olunması, müxtəlif xəstəliklərlə əlaqədar müalicə və müayinələrin aparılmasına köməklik, əlilliyin təyin olunması, torpaq məsələləri və s. sahələri əhatə edib.
Deputat seçicilərin hər birini ayrı-ayrılıqda qəbul edərək onların problemlərini dinləyib, qaldırılan bəzi məsələləri yerində həll edib, digərlərinin həlli üçün isə müvafiq orqanlara müraciətlər edib.