Həmməruzəçilər çətin durumda
10:36 16-06-2012
CƏMİYYƏT
Həmməruzəçilər çətin durumda
Onların dəyişdirilməsi mümkündür
Azərbaycanın Avropa Şurasının qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı AŞPA-nın Monitorinq Komitəsinin məruzəçiləri, deyəsən, çıxılmaz vəziyyətə düşüblər. Belə ki, ölkə rəsmiləri və müxalifəti ilə görüşlər keçirən qonaqlar müxalifət liderlərinin təpkisinə tuş gəliblər. Görüş zamanı həmməruzəçilərin hakimiyyətə yaxın mövqe tutması müxalifət liderlərini özlərindən çıxarıb və onlar görüşü tərk ediblər.
Bununla yanaşı vətəndaş cəmiyyəti institutunun üzvləri də həmməruzəçiləri hədəfə alıblar. Hətta bildirilir ki, onlarla bağlı beynəlxalq təşkilatlara iradlar da hazırlanıb və hər iki deputat rüşvət almaqda ittiham edilir.
Amma həmməruzəçilər bununla razı deyil və bildirirlər ki, hesabat ilin sonunadək hazır olacaq və 2013-cü ildə assambleyanın yanvar sessiyasına çıxarılacaq. Bu barədə məruzəçilər Pedro Aqramunt Font de Mora və Cozef Debon bildiriblər.
AŞPA nümayəndələri yalnış məlumat təqdim etməklə və faktları təhrif etməklə jurnalistləri təəccübləndiriblər.
Belə ki, məruzəçilər Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) fotomüxbiri Mehman Hüseynovun azad edilməsi barədə "yaxşı xəbəri" mətbuata verməyə tələsiblər.
"15 dəqiqə əvvəl bizə bildirdilər ki, jurnalist azad edilib", - Aqramunt vurğulayıb. Lakin ona bildirəndə ki, bu məlumat düzgün deyil və jurnalist əvvəlkitək həbsdədir, Aqramunt özünü doğruldaraq deyib ki, ona bildirilib ki, "Hüseynov azad ediləcək".
O, informasiya mənbəyi kimi Baş Prokurorluğu göstərib.
Lakin məhz bu müddətdə Hüseynov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılıb və ittiham daha ağırı ilə - 221.2.2 maddə (zorakılıq tətbiq etməklə xuliqanlıq) ilə əvəzlənib. Həmçinin Aqramunt 2011-ci ilin mart-aprel etiraz aksiyaları ilə əlaqədar mühakimə olunaraq həbs edilən "vicdan məhbusları" barədə rəqəmləri düzgün deməyib. Onun sözlərinə görə, mühakimə olunmuş 17 nəfərdən 7-i həbsdə qalır. Jurnalistlər etirazlarını bildirərək bu hadisələrlə əlaqədar həbsdə 11 nəfərin olduğunu deyəndə Aqramunt bildirib ki, o, Azərbaycan Prezident Administrasiyasının rəhbərinin ona verdiyi məlumatı çatdırır.
Aqramunt məruzəçilərin qeyri-obyektiv, hökumətyönlü mövqeyi ilə bağlı vətəndaş cəmiyyəti fəallarının və müxalifətin ittihamlarını rədd etməyə cəhd göstərib.
O qeyd edib ki, onların hesabatının ilkin variantını tənqid edənlər bu sənədi oxumayıblar. Lakin mətbuat konfransında iştirak edən SDİ-nin direktoru Leyla Yunus sənədi oxuduğunu bildirib və bir daha məruzəçiləri yalanda ittiham edib.
Məruzəçilərin hökumətdən rüşvət alması barədə L.Yunusun ittihamının şərh edilməsi ilə bağlı xahişə cavab olaraq Aqramunt deyib ki, o, sökülən evlərə görə kompensasiya alan vətəndaşların sayı barədə suala cavab verə bilməyib, odur ki, məruzəçinin "ona daha sözü yoxdur". Aqramuntun məlumatına görə, "kompensasiya almayan adamların sayı çox azdır".
Bakıda mətbuat konfranslarında adətən susan Qrex korrupsiya ilə bağlı ünvanına səslənən ittihamdan qəzəblənib: "Mən 42 ildir ki, deputatam. Hələ heç kim məni korrupsiyada ittiham etməyib. Mən heç kimin agenti deyiləm. Biz öz işimizi görürük və nəticə var".
Müşahidəçilər hesab edirlər ki, müxalifət liderlərinin belə xətt tutması təsadüfi deyil. Çünki AŞPA-dan fərqli olaraq Avropa Parlamenti Azərbaycanla bağlı çox sərt hesabat hazırlamışdı və hesabatda müxalifətin maraqları təmin olunmuşdu. Çox ehtimal ki, müxalifət indi də AP-dəki bəzi qüvvələrin təhriki ilə AŞPA-ya qarşı belə aqressiv mövqe tutub.
Maraqlıdır, bəs müxalifət AŞPA-in həmməruzəçilərini dəyişə bilərmi? Ekspertlər hesab edir ki, bu mümkündür. Bunun üçün partiyalar və QHT-lər birgə fəaliyyət göstərməklə nail ola bilərlər. Amma Azərbaycan hakimiyyəti də sakit durmayacaq və Avropa parlamentinə qarşı aqressivliyini artırmaqla yanaşı, AŞPA ilə əməkdaşlığı dərinləşdirməyə çalışacaq.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16
2024-12-25 19:55:22
2024-12-25 19:43:09
2024-12-25 19:27:03
2024-12-25 19:25:29
2024-12-25 19:03:45
2024-12-25 18:41:55
2024-12-25 18:18:24
2024-12-25 18:14:23
2024-12-25 18:01:25
2024-12-25 17:56:24
2024-12-25 17:55:51
2024-12-25 17:51:02