Masallı rayonunun Güllütəpə kəndində torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Firdovsi Bağırzadənin ailəsi üçün fərdi ev tikilib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu gün evin açarlarının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə çıxış edənlər şəhid ailələrinin sosial rifah halının yaxşılaşdırılması, xüsusən yeni mənzillərlə təmin olunması istiqamətində aparılan məqsədyönlü işlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Masallı RİH-nin başçısı Rafil Hüseynov isə çıxışı zamanı şəhid ailəsi üçün təzə evin ərsəyə gəlməsində xidməti olan sahibkarlara və binanın tikintisində çalışan inşaatçılara təşəkkürünü bildirərək, evin açarlarını şəhidin anasına təqdim edib.

Qeyd edək ki, iki mərtəbəli evin bütün otaqları yaşayış üçün lazım olan zəruri avadanlıqlarla təchiz olunub.