Rusiya Futbol İttifaqı (RFS) İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşib.
Unikal.org xəbər verir ki, seçki qurumun növbədənkənar konfransı çərçivəsində gerçəkləşib.
21 üzv arasında Rusiya Mini-Futbol Assosiasiyasının əslən azərbaycanlı prezidenti Emil Əliyev də var. 38 yaşlı funksioner idarəedici orqana ilk dəfə seçilib.
E.Əliyev 1978-ci ildə Bakıda anadan olub. O, 2011-ci ildə Rusiya Federasiya Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasını başa vurub və elə həmin ilin 3 avqustunda Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti seçilib.
Qeyd edək ki, İcraiyyə Komitəsinə sədri RFS-ə yenidən prezident seçilən Vitali Mutko olacaq. Nikita Simonyan I vitse-prezident, Sergey Pryadkin və Anatoli Turçak vitse-prezident, Aleksandr Mirzoyan V.Mutkonun müşaviri vəzifəsində çalışacaq. Əvvəllər RFS İcraiyyə Komitəsinin tərkibinə 33 nəfər daxil idi.