"Səsvermə başladığı andan səs vermək üçün növbədə çoxlu adamlar var.

Unikal.org-un APA-ya istinadən məlumatına görə, bu sözləri referendumu müşahidə etmək üçün Azərbaycandan səfərdə olan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib. O bildirib ki, səsverməyə qatılanlar arasında qadınlar üstünlük təşkil edir: "Biz Bakının mərkəzində olduq. Səsvermə prosesi çox yaxşı təşkil edilib. İndi Bakıdan kənara çıxmağı planlaşdırırıq.

Xatırladaq ki, günün ilk saatlarında Stefan Şennak 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı seçki məntəqəsində və 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 23 saylı seçki məntəqəsində olub. O, seçici siyahılarına nəzər salıb, səsvermə prosesini müşahidə edib, yerli müşahidəçilərin fikirlərini öyrənib.